Menu

Türkiyədə çeçen mühəndis öldürüldü – Cinayətdə rus mafiyasının izi var

12.05.2016, 16:04

turk-bayragi409Türkiyədə Çeçenistan əsilli vətəndaş öldürülüb.

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, 46 yaşlı Ruslan İsrapilov 3 naməlum şəxs tərəfindən evində güllələnərək öldürülüb. Məlumata görə, evli və 3 uşaq atası olan Ruslan ailəsi ilə birlikdə evdə olarkən qapı zəngi çalışıb. Qapını açan İsrapilov silahlı hücuma məruz qalıb. Baş və bədən nahiyələrindən çox saylı güllə yarası alan çeçen mühəndis hadisə yerindəcə keçinib. İsrapilovun cəsədi tibbi ekspertizaya göndərilib.

İsrapilovun 4 ildir məskunlaşdığı İlimtepe məhəlləsinin muxtarı Kazım Elmas jurnalistlərə verdiyi açıqlamada bildirib ki, məhəllədə dövlət tərəfindən yerləşdirilən 87 çeçen ailəsinin yaşayır. Onun sözlərinə görə çeçenlərdən əksəriyyəti Türkiyə vətəndaşıdır.

Hadisə şahidləri cinayətin törədildiyi ərazidən 3 nəfərin uzaqlaşdığını bildiriblər.

Qeyd edək ki, Ruslan İsparilovun maşın mühəndisi olduğu və İzmitdə kənd təsərrüfatı alətləri istehsal edən bir firmada işlədiyi bildirilir. İsrapilovun hadisə yerinə gələn dostları onun ölümündə rus kəşfiyyatını günahlandırıblar.

Jandarma İsrapilovun öldürülməsi faktı ilə bağlı geniş miqyaslı əməliyyat başladıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol