"Bu, Pensilvanya təşkilatdır. Bu seçkidən sonra çox fərqli addımlar atacağıq"
Türkiyə baş naziri, hakim AKP-nin lideri Rəcəb Təyyib Ərdoğan bələdiyyə seçkiləri ərəfəsində Samsunda keçirdiyi mitinqindən Gülən camaatına bir sıra mühüm mesajlar ünvanlayıb. Publika.Az türk mediasına istinadən baş nazirin çıxışın mühüm məqamlarını tədim edir. F.Gülənin ona qarşı səsləndirdiyi ittihamlara özünəməxsus formada cavab verən Ərdoğan müxalifətin hazırda məhz Gülənə arxalanaraq siyasət yürütdüyünü vurğulayıb: «Bu CHP, MHP, BDP təmiz siyasət aprmaqdansa kürəklərini Pensilvanyaya söykəyib oradan aldıqları qırıntılarla siyasət yürütməyə çalışırlar. Bu, Pensilvanya təşkilatdır. Bu seçkidən sonra çox fərqli addımlar atacağıq. Türkiyədə müsəlmanlara ən böyük zülmü CHP zehniyyəti edib. Bu Pensilvanyanın bacıları da indi CHP-yə səs istəyir. Müsəlman bir dəfə batdığı palçığa bir daha batmaz. Pensilvanyadakı şəxs mənə "uzun" ləqəbi verərmiş. ..Eyyy "Xoca "deyə dolanan şəxs. Söyləyəcəyim başqa şeylər də var, ədəbim buna yol verməz. Bu uzun bizə çox xainlik etdi deyir. Nə etdik 17 dənə universitet açmağına kömək etdik deyəmi xainlik etdik. Bu qədər məktəblər açdınız sizə ərazilər ayırdığımız üçünmü xainlik etdik. Bu Pensilvanyadakı sevimli Peyğəmbərimizi istismar etdi. Meracdan Peyğəmbər əfəndimizi endirərək yük maşınına mindirdilər.. Sadəlövh insanlarımızı illərdi istismar edən bir təşkilat var. Bax hacı əminin 50 min lirəsinin alıb STV-yə ortaq ediblər.
Neçə, insanları aldatdılar. Cənnətdən bağça da vermişlər. Bunlarda hər oyun var. Bu seçki yerli seçki olmasından çox ümumi seçki oldu".


Şərhlər