Menu

Almaniya hökuməti qaçqınlara 93,6 milyard avro xərcləməyi düşünür

14.05.2016, 14:29

Almaniya-bundestaqXarici KİV-in məlumatına görə, Almaniya hökuməti 2020-ci ilə qədər ölkəyə gəlmiş qaçqınlara 93,6 milyard avro xərcləmək fikrindədir. Bu barədə məlumatı maliyyə nazirliyinin hazırladığı smetaya istinadla «Spigel» jurnalı yayıb.

Smeta özündə, məskunlaşdırma, inteqrasiya (dil kursları da daxil), qaçqınların sosial təminatı və qaynar bölgələrdən insanların Avropaya qaçma səbəbləri ilə mübarizə istiqamətindəki fəaliyyətlərə yönəlik xərcləri nəzərdə tutur.

Almaniyanın maliyyə nazirliyi bu mülahizədən çıxış edir ki, cari ildə sözügedən məqsədlər üçün 16,1 milyard avro vəsait yönəldiləcək. Proqnoza görə, 2020-ci ilə qaçqınlara xərclənəcək illik vəsaitin həcmi 20,4 milyard avro ətrafında qərarlaşcaq.

Maliyyə idarəsinin əməkdaşları ehimal edirlər ki, bu il Almaniya 600 minə yaxın qaçqın qəbul eldəcək. Gələn il onların sayı təxminən 400 min, növbəti illərdə isə 300 min nəfər olacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol