Menu

“Eurovision-2016” final həyəcanı başladı

14.05.2016, 23:21
“Eurovision-2016” final həyəcanı başladı

Stokholmda Globe Arenada “Eurovision-2016” mahnı müsabiqəsinin finalına start verilib.

"AzPolitika" xəbər verir ki, 26 ölkənin iştirak etdiyi yarışmaya Belçika təmsilçisinin ifası ilə start veriləcək. Digər ölkə təmsilçiləri isə Çexiya, Niderland, Azərbaycan, Macarıstan, İtaliya, İsrail, Bolqarıstan, İsveç, Almaniya, Fransa, Polşa, Avstraliya, Kipr, Serbiya, Litva, Xorvatiya, Rusiya, İspaniya, Latviya, Ukrayna, Malta, Gürcüstan, Avstriya, Böyük Britaniya, Ermənistan ardıcıllığı ilə səhnəyə çıxacaq.

Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli səhnəyə 4-cü çıxış edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol