Menu

NAZİR NAXÇIVANDAKI DÖYÜŞLƏRDƏN DANIŞDI- VİDEO

16.05.2016, 10:32
NAZİR NAXÇIVANDAKI DÖYÜŞLƏRDƏN DANIŞDI- VİDEO

1438931279_zakirNaxçıvan istiqamətində Ermənistan silahlı qüvvələri atəş açırlar və təbii ki, cavabları verilir. Bu barədə Azərbaycan müdafiə naziri Zakir Həsənov ANS TV-nin xüsusi müxbiri Mir Şahinə müsahibəsində bildirib.

Nazir indiyə kimi Naxçıvan istiqamətində problemlər yaşanmadığını bildirib: “Nadir hallarda problemlər olurdu, hər tərəfdə atəşkəsə riayət edilirdi. Çünki dövlət sərhədidir. Orada heç kimin heç kimə torpaq iddiası ola bilməz”.

Zakir Həsənov Ermənistan müdafiə nazirinin Naxçıvanla sərhəddə baş verənlərdən xəbəri olmamasını deməsinə də münasibət bildirib: “Əgər xəbərləri yoxdursa, deməli, orda intizamsız hərbi qulluqçular atəş açırlar. Belə çıxır ki, ora idarə olunmur” .

 

“Onlar atəş açırlar və təbii ki, cavabları verilir. Bundan sonra da veriləcək”,- deyə Azərbaycan müdafiə naziri vurğulayıb.

Nazir xalqı ANS vasitəsilə əmin edib ki, cəbhədə üstünlük tamamilə Azərbaycanın tərəfindədir: "Azərbaycan xalqı narahat olmasın, Azərbaycan Silahlı Qüvvələri bütün əməliyyat şəraitinə nəzarət edir. Təşəbbüs bizdədir, artıq hamı bizim hərbi üstünlüyümüzü görür".

Zakir Həsənov iki il qabaq ANS-ə verdiyi müsahibəsini xatırladıb: "Yadınızdadır? Mən sizə deyirdim ki, cənab prezident islahatlara başlayıb.  İndi sizin sualınıza cavab olaraq deyirəm ki, bunların hamısı o islahatların nəticəsidir. İslahatlar vaxtında və düzgün istiqamətlərdə həyata keçirilir". 

Ermənistan Silahlı Qüvvələri cəbhədə itki verib. APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, təmas xəttində baş vermiş atışma nəticəsində Ermənistan ordusunun 25 yaşlı müqaviləli hərbi qulluqçusu Aram Vaqinakoviç Ohanyan ölüb. Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan təsdiqləyib.

Erməni əsgərinin Ermənistan və Azərbaycan qoşunlarının Naxçıvan istiqamətində yerləşən təmas xəttində baş vermiş atışma zamanı öldürüldüyü bildirilir.

Qeyd edək ki, əldə edilən razılaşmaya baxmayaraq erməni tərəf atəşkəs rejimini pozaraq Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində təxribatlar törətməkdə davam edir. Azərbaycan ordusunun cavab atəşi ilə düşmən susdurulur.

cebheÜmumiyyətlə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 124 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Kəngərli, Novruzlu, Nəmirli, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 128 dəfə atəş zərbəsi endirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol