“Fənərbağça” Avropa Liqası Finalında “ÇSKA Moskva” ilə qarşılaşacaq
"AzPolitika" xəbər verir ki, Obradoviç və ulduzları bu gün tarixi qarşılaşmaya çıxacaq. Sarı-Lacivərtlilər Avropa Liqası Finalında “ÇSKA Moskva” ilə qarşılaçacaq. Turk təmsilçisi qazandığı təqdirdə basketbol tarixinin ən böyük uğuruna imza atmış olacaq.
Bu il rəqiblərinin qorxulu röyası olan “Fənərbağça” yarım finalda İspaniyanın “Laboral Kutxa” komandasını məğlub etməyi və finala adını yazdırmağı bacarıb. Final qarşılaşması Berlində, “Mercedes Benz Arena”da oynanılacaq. Üçüncülük uğrunda qarşılaşmada isə “Kuban” ilə “Laboral” komandaları üz-üzə gələcək
Nəzərinizə çatdıraq ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və Lig TV3-dən canlı yayımlanacaq.


Şərhlər