Menu

GUAM ölkələri razılığa gəldi

16.05.2016, 10:34
GUAM ölkələri razılığa gəldi

Kiyevdə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın - GUAM-ın kibertəhlükəsizlik üzrə işçi qrupunun 4-cü iclası keçirilib.

"Report" təşkilatın saytına istinadən xəbər verir ki, iclasın gündəliyindəki məsələlərin müzakirəsi zamanı GUAM-a üzv bütün dövlətlərin nümayəndə heyətləri iştirak edib.

İclasda, həmçinin GUAM-a üzv dövlətlərin kibertəhlükəsizlik sahəsində qarşılıqlı əlaqənin aktual məsələləri müzakirə edilib, eləcə də bu sahədə anlaşma memorandumunun layihəsi razılaşdırılıb.

İşin yekunu olaraq qrup protokol qəbul edib. İşçi qrupun növbəti iclası 2016-cı ilin sentyabr-oktyabrında keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol