Xarici KİV-in məlumatına görə, G7 ölkələrinin («yeddilik» ölkələri) liderləri 26-27 may tarixində Yaponiyanın Mie prefekturunda keçiriləcək sammitdə terrorla mübarizə məqsədi ilə yoxsulluq problemlərinin və təhsilin əlçatanlığının yüksəldilməsi məsələlərinin həll olunması təklifi il çıxış edəcəklər. Xəbəri «Kiodo» informasiya agentliyi yayıb.
Qeyd olunur ki, görüş iştirakçıları, bəzi insanları ekstremistlərin sıralarına qoşulmağa vadar edən sosial şəraitlərin aradan qaldırılması istiqamətində bir fəaliyyət proqramı da təsdiq edə bilərlər. Plan, ilk növbədə, əhalinin ümumi həyat səviyyəsinin yüksəldilməsini nəzərdə tutur.
İştirakçılar ayrıca olaraq, mədəni irsin ektremistlərdən qorunub saxlanması və terrorçuluğun maliyyələşdirilməsi üçün qara bazarda qiymətli mədəniyyət predmetlərinin alqı-satqısının qarşısının alınması istiqamətində əməkdaşlıq etməyə hazır olduqlarını da elan etməyi planlaşdırırlar.
AzPolitika.info


Şərhlər