Menu

Aİ-nin ali nümayəndəsi Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək

16.05.2016, 12:01
Aİ-nin ali nümayəndəsi Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bu gün Vyanada Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək.

"Report" "Azadlıq" radiostansiyasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Petr Svitalski məlumat verib.

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Mayın 16-da da Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistan və Azərbaycan prezidentlərinə məhz belə bir bildirişlə müraciət edəcək", - deyə P.Svitalski deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol