Menu

Polis əməkdaşları qəzaya düşüb: yaralılar var

16.05.2016, 16:02

yol-polisi-qezaBakıda polis əməkdaşlarının olduğu avtomobil qəzaya düşüb.

“Report”un xəbərinə görə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1987-ci il təvəllüdlü Ruslan Nuriyevin idarə etdiyi “Fiat Doblo” markalı avtomobil Şabran rayon sakini 1978-ci il təvəllüdlü Rövşən əzimovun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.

Nəticədə R.Nuriyev bel nahiyəsindən, onun sərnişin 1989-cu il təvəllüdlü Elnar Aydınov baş nahiyəsindən xəsarət alıblar.

“Fiat Doblo” markalı avtomobilin sərnişinləri polis serjantlarıdırlar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol