Menu

Camala Rusiya telekanalını alçaltdı - VİDEO

16.05.2016, 17:15
Camala Rusiya telekanalını alçaltdı - VİDEO

İfaçı "bunlar jurnalist deyillər" deyərək rusiyalı jurnalistlərin suallarını eşitməməzlikdən gəlib.

"Eurovision-2016" mahnı müsabiqəsinin qalibi, Ukraynanı təmsil edən Camala rus jurnalistləri təhqir edib. Anspress-in məlumatına görə, yarışmadan sonra keçirilən mətbuat konfransında müğənni ermənipərəst "Lifenews" telekanalının jurnalistlərinin suallarını cavablandırmayıb.

İfaçı "bunlar jurnalist deyillər" deyərək rusiyalı jurnalistlərin suallarını dinləməyib. Daha sonra Camalanın köməkçisi "Lifenews"un müxbirinə yaxınlaşaraq suallara cavab verilməyəcəyini bəyan edib. O, rusiyalı müxbirə məlumatları internetdən tapmağını məsləhət görüb. Nəticədə ermənipərəst saytın müxbiri istəyinə nail ola bilməyib.

Dağlıq Qarabağ (qırmızı rənglə işarələnib)

Dağlıq Qarabağ (qırmızı rənglə işarələnib)

Ümumiyyətlə, bu, Rusiyanın “Lifenews” telekanalı (rəhbəri erməni Aram Qabrelyandır - red.) Azərbaycan barədə hazırladığı ilk təxribatçı reportaj deyil. Bundan əvvəl də "Lifenews" saytının müxbiri  Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər edib.

"Lifenews" əməkdaşı Yelizaveta Xramtsovanın reportajı separatçı rejimin müstəqilliyinin 25 illiyi ilə əlaqədar olub. O, Dağlıq Qarabağda məskunlaşan erməni ailəsində, xalçatoxuma, tikiş fabriklərində olub.  O bildirib ki, Dağlıq Qarabağın müstəqilliyi dünya ictimaiyyəti tərəfindən tanınmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol