Rusiya Ukraynaya 2017-ci ildə "Eurovision" beynəlxalq mahnı müsabiqəsini təşkil etmək üçün kredit verməyəcək. Musavat.com xəbər verir ki, bu sözləri, TASS xəbər agentliyinə Rusiya maliyyə nazirinin müavini Sergey Storçak deyib. O, bildirib ki, Rusiyanın büdcə planında Ukraynaya kredit vermək yoxdur.
İsveçin isə Ukraynaya yardım edəcəyi barədə xəbərlər yayılır.
Qeyd edək ki, bu il Stokholmda, Globe Arenada keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin qalibi “1944” adlı mahnı ilə Ukraynanı təmsil edən Camalə olub.
O, Krım tatarlarının deportasiyasından bəhs edən mahnı oxuyub. Mahnının nəqarətində Krım türkcəsində sözlərdən istifadə edilib.


Şərhlər