"Valyuta mübadilə məntəqə və ya şöbələrinin yenidən fəaliyyətlərinə icazənin verilməsi barədə xəbərlər əsassızdır".
Bu barədə "Marja"nın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Palatadan verilən məlumatda qeyd olunur: "Banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilir. Maliyyə Bazarlarına Nəzarət Palatası bu qərara heç bir dəyişiklik etməyib və valyuta mübadilə məntəqə və ya şöbələrinin yenidən fəaliyyətlərinə icazənin verilməsi barədə xəbərlər əsassızdır".
Qeyd edək ki, Müsavat.com valyutadəyişmə məntəqələrinin fəaliyyətini bərpa etdiyi barədə məlumat yaymışdı.

Şərhlər