Menu

Azərbaycan prezidenti Avstriyada səfərdədir

16.05.2016, 21:10

Ilham-Eliyev-sefer-teyyareyAzərbaycan prezidenti İlham Əliyev Vyanaya gəlib.

APA-nın RİA Novosti agentliyinə istinadən məlumatına görə, bu gün Avstriyanın paytaxtında Dağlıq Qarabağ üzrə danışıqlar aparılacaq.

Bundan əvvəl Avstriyanın paytaxtına Ermənistan prezidenti Serj Sarkisyan gəlib. Bu gün axşam ATƏT-in Minsk qrupunun sədrliyi, Rusiya, ABŞ və Fransa xarici işlər idarələri rəhbərlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş keçiriləcək

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol