Menu

Xarici dövlətlərin yük avtomobilləri 3 il müddətinə yol vergisindən azad edilib

17.05.2016, 16:01

bulgaristan-rusvet-operasyonu-yapti-turk-kapilarinda-tir-kuyrugu-olustu_2527_dhaphoto3Dəmir yolu ilə daşınan yüklər Azərbaycan ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə, digər dövlətə daşındıqda, 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 il müddətinə yol vergisindən azaddır.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin plenar iclasında qəbul edilən Vergilər Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Digər dəyişikliyə əsasən xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə, daşındıqda da 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 il müddətinə yol vergisindən azaddır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol