Finalda uduzan tərəfin qazancı 3,5 milyon avro olacaq.
Avropa Liqasının finalında İngiltərənin "Liverpul" və İspaniyanın "Sevilya" klubları qarşılaşacaq. Ans press-in məlumatına görə, kuboka sahib çıxan komanda 6,5 milyon avro qazanacaq.
"Kuboka sahib çıxan komanda 6,5 milyon avro qazanacaq"
Finalda uduzan tərəfin qazancı isə 3,5 milyon avro olacaq. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan hər klub 2,4 milyon avro qazanır. Qrupda hər qələbəyə görə klublara 360, şeç-heçəyə görə 120 min avro verilir.
Avropa Liqasında "Liverpul" - "Sevilya" arasında keçiriləcək final oyununu isveçli Yonas Eriksson idarə edəcək. Ona Mathias Klasenius və Daniel Varnmark köməklik edəcək. Dördüncü hakim funksiyasının Sevein Moen yerinı yetirəcək.
"Liverpul" və "Sevilya" finalda
Qrup mərhələsini lider kimi bitirənlər 500 min, ikinci olanlar 250 min gəlir əldə edir. 1/16 finala çıxan hər komanda əlavə olaraq 500 min avro qazanır. 1/8 finalın iştirakçıları 750 min, 1/4 finalçılar 1 milyon, yarımfinalçılar 1,5 milyon avroya sahib çıxır.
Beləliklə, "Liverpul" bu mövsüm kuboku qazansa, Avropa Liqasından ümumilikdə 16,25 milyon avro əldə etmiş olacaq. Bu turnirə Çempionlar Liqasından gələn "Sevilya" isə qalib olsa, təkcə Avropa Liqasından 12 milyon əldə edəcək. İspaniya klubunun Çempionlar Liqasındakı gəliri 28,2 milyon avrodu.
Mayın 18-də Bazeldəki "St. Jakob-Park" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.


Şərhlər