Dərbəndin keçmiş meri İmam Yarəliyevin evində axtarış tədbirləri aparılır.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, axtarış tədbirləri Rusiya İstintaq Komitəsi tərəfindən aparılır.
Baş verənlərin İmam Yaraliyevə qarşı “vəzifə səlahiyyətlərini aşma” maddəsi ilə açılan cinayət işi çərçivəsində aparıldığı bildirilir.
İmam Yaraliyev 2005-2010-cu illərdə Dərbənd şəhərinin meri səlahiyyətlərini icra edib.

Şərhlər