Menu

“Sağlam Yaşa” Masallıda tədbir keçirib - Fotolar

18.05.2016, 12:34
“Sağlam Yaşa” Masallıda tədbir keçirib - Fotolar

“Sağlam Yaşa” Gənclərin Maarifləndirliməsi İcitmai Birliyi 17 may 2016-ci il tarixində Azərbaycan Respublikasının Prezindenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Masallı rayonunda “Erkən nikahlar: reallıqlar və onların fəsadları barədə maarifləndirmə” mövzusunda tədbir keçirib. Tədbiri giriş sözü iləRayon Təhsil şöbəsinin metodisti Əyyar Burxanov açaraq gənclər təşkilatının üzvlərini tədbir iştirakçılarına təqdim etdi və mövzunun aktuallığı barədə qısa məlumat verdi. Sonra gənclər təşkilatının rəhbəri və eksperti mövzu ətrafında geniş çıxışlar etdilər və erkən nikahların tibbi cəhətdən zərərləri, eyni zamanda onun hüquqi cəhətdən düzgün olmadığını tədbir iştirakçılarının nəzərinə çatdırdılar. 100 nəfərədək məktəblinin iştirak etdiyi tədbirdə qızların çoxluq təşkil etməyi müsbət hal kimi qiymətləndirildi. Tədbirdə təşkilatın sədr müavini Tələt Qəribov öz çıxışında qadınlarımız və təhsilimiz haqqında klassiklərimizin və ziyalılarımızın söylədikləri ibrətamiz fikirlərindən misallar söylədi. Xalqımızın fəxri Hacı Zeynəlabdin Tağıyevin təhsil haqqında söylədikləri: Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsız,bir qıza təhsil verməkle isə təhsilli bir ailə" fikri maraqla qarşılandı. Tədbirdə Masallı rayon ağsaqqallar şurasının sədr müavini Ələşrəf Niftiyev və rayon qəzetinin əməkdaşı Akif Ağayev maraqlı çıxışlar etdilər. Sonda tədbir iştirakçılarına mövzunun adını əhatə edən yazılı köynək və bukletlər paylanıb.

[gallery columns="5" size="medium" ids="217626,217627,217628,217630,217631"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol