Menu

"İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Səfir

18.05.2016, 18:48
"İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Səfir

"İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".

APA-nın məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

Onun sözlərinə görə, İsrail öz təcrübəsindən çıxış edərək, münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır: "İordaniya və Misirlə olan müharibə təcrübəmizdən çıxış edərək bildiririk, bu, ən düzgün yoldur".

Səfir İsraillə Azərbaycana arasında çoxşaxəli, hər iki ölkə üçün faydalı əməkdaşlığın mövcud olduğunu qeyd edib: "Bu əməkdaşlıq 1991-ci ildən - Azərbaycanın müstəqilliyinin tanınması ilə başlayıb. Azərbaycan və İsrail əsl dost ölkələrdir. Azərbaycan çox vacib ölkə, birgə yaşayış modelidir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol