Suriyada Bəşər Əsəd qüvvələrinin tərəfindən vuruşan İranın İslam İnqilabının Mühafizə Korpusunun hərbçisi Armen Sarkisyan Hələb şəhərində gedən döyüşlər zamanı öldürülüb.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, erməni mənşəli hərbçi “Ən Nüsrə Cəbhəsi”nin mövqelərinə hücum zamanı həyatını itirib.
Armen Sarkisyanın Suriyada həlak olan ilk erməni mənşəli İran hərbçisi olduğu bildirilir.


Şərhlər