Menu

​Rusiyanın baş naziri Ermənistana gedib

20.05.2016, 09:02

Dmitriy_Medvedev_AlbumRusiyanın baş naziri Dmitri Medvedev Ermənistanın paytaxtı İrəvana gedib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, cümə günü Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrin hökumət başçılarının iştirakı ilə keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.

Mayın 20-də İrəvanda AİB-nin Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası keçiriləcək. Belə görüşlər bir qayda olaraq hər rübdə keçirilir. Bu, 2015-ci ilin yanvarından bu yana sayca 5-ci olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol