Menu

"Ceyms Bond" 100 milyon dollara "yox" dedi

20.05.2016, 11:27
"Ceyms Bond" 100 milyon dollara "yox" dedi

Aktyor filmin son iki seriyasında baş rola çəkilməkdən imtina edib.

Əfsanəvi "Ceyms Bond" filminin qəhrəmanı Daniyel Kreyq 100 milyon dollarlıq müqavilədən imtina edib. Ans press-in məlumatına görə, aktyor filmin son iki seriyasında da baş rolu ifa etməli idi. Lakin Kreyq bu layihədən imtina edib.

Aktyor daha özündə "Ceyms Bond" obrazı görmədiyi üçün razı olmayıb. Məlumata görə, 48 yaşlı Kreyq həm də filmin prodüseri kimi çalışmalı idi.

Layihənin rəhbərliyi sonda Kreyq ilə yollarını ayırıb. Növbəti seriyanın məxfi agent roluna yeni obrazın axtarışları başlayıb. Aktyor Tom Hidlston Daniyel Kreyqi əvəz edə bilər.

Ötən il Ceyms Bond seriasının “007 Spektr” filminin premyerası olub. Film o qədər məşhurlaşıb ki, onun təqdimatında Böyük Britaniya şahzadəsi Uilyamla həyat yoldaşı, Kembric hersoginyası Keyt Midlton və qardaşı Harri də iştirak ediblər.

"Ceyms Bond" silsiləsindən olan filmlər, həmçinin "Agent 007" Yan Fleminqin kitabları əsasında çəkilib. Fleminq bu personajı 1952-ci ildə yaradıb və ona aid çoxlu əsərlər yazıb.

Bu əsərin ekranlaşdırılmasına isə onun ölümündən sonra, 1964-cü ildən etibarən başlanılıb. Daha sonralar Ceyms Bond macəralarını Kinqsli Amis, Con Piarson, Con Qardner, Reymond Benson və Çarli Hiqson yazıb.

"Ceyms Bond" filmlərində indiyədək 6 aktyor rol alıb.

Şon Konneri (1962-1967; 1971)

Corc Leyzenbi (1969)

Rocer Mur (1973-1985)

Timoti Dalton (1987-1989)

Pirs Brosnan (1995-2002)

Daniyel Kreyq (2006-2015)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol