Menu

Albaniya da Avropa İttifaqına üzv olacaq - Danışıqlara hazırlaşır

20.05.2016, 11:38
Albaniya da Avropa İttifaqına üzv olacaq - Danışıqlara hazırlaşır

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Albaniya bu ilin sonunadək Avropa İttifaqına (Aİ) üzv olmaq üçün danışıqlara başlamaq niyyətindədir (TASS).

Xəbər verilir ki, Abaniya hökuməti ölkənin məhkəmə sistemində islahatlar aparmağı və ardınca bu birliyə üz olmaq istiqamətində danışıqlara başlamağı planlaşdırır. Bu barədə «Euronews» telekanalına müsahibəsində ölkənin Baş naziri Edi Rama danışıb.

«Biz, üzvlük barədə danışıqlara bu ilin sonunda başlamaq istəyirik. Ona görə də Avropa İttifaqının toplanmasına qədər gərək məhkəmə islahatları artıq aparılmış olsun. Biz, onu (islahatlar paketini - red.) qəbul edəcəyik» - deyə, Rama qeyd edib.

Baş nazir əlavə edib ki, məhkəmə sistemində islahatların aparılması istiqamətində fəal işlər aparılır. Bu işlərin aparılmasını əvvəldən Aİ tələb etmişdi: «İslahatlarla bağlı gecikmə yoxdur. Biz bu işi həyata keçirməyə hələ bir il bundan əvvəl başlamışıq. İndi sona çatdırmaq üzrəyik. Bu, konstitusiya islahatıdır, fundamental və radikaldır. O, ölkədə bütün məhkəmə sistemini dəyişməyə xidmət edir».

Bundan əvvəl Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bəyan etmişdi ki, Albaniyanın məhkəmə sistemində aparılacaq dərin islahatlar üzvlük barədə danışıqlara başlamaq üçün «yol açacaq».

Məlumat üçün bildirək ki, Albaniya Aİ-na üzv olmaq üçün hələ 2009-cu ildə sifariş verib. Ölkə 2014-cü ildə «namizəd» statusu alıb. Rəsmi namizəd statusu alan gündən Aİ-na üzv qəbul olunana qədərki dövr ərzində gərək Albaniya özünün iqtisadi və siyasi institutlarında Aİ-nın tələblərinə uyğun islahatları həyata keçirmiş olsun.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol