Menu

"Gözünüz tərəzidə olsun" adı ilə marketlər anti-reklam edilir - FIRILDAQ

20.05.2016, 12:06
"Gözünüz tərəzidə olsun" adı ilə marketlər anti-reklam edilir - FIRILDAQ

“Birbaşa insanlara xidmət göstərərək, çox sayda məhsul alışı və satışı ilə məşğul olan marketlərdə nöqsanların və hər hansı bir çatışmazlıqların olması mümkündür. Əsas odur ki, hər zaman müştərilərinin təklif və şikayətlərinə açıq olan Araz marketləri fəaliyyətində müştərilərinin istək və tələblərini daim nəzərə almaqdadır. Bunun üçün bütün marketlər şəbəkəsində müştəri məmnuniyyətinin əsas prinsipləri üzrə hazırlanmış maarifləndirici lövhələr vurulmuş, istehlakçıların təklif və şikayətlərinin qəbulu üçün yaradılmış 924 nömrəli qaynar xətt istifadəyə verilmişdir”. Araz Supermarketlər şəbəkəsinin marja.az saytına açıqlamasında belə deyilir.

Açıqlamada daha sonra bildirilir ki, son günlər özünü ictimaiyyətə marketoloq kimi tanıtmağa çalışan Tural Abdullayev rəhbərlik etdiyi supermarketinq.com saytının vasitəsilə, heç bir əsaslı araşdırma aparmadan, heç bir tədqiqat mərkəzinin rəylərinə və labarotoriya analizlərinin nəticələrinə söykənmədən, şəxsi mülahizələri və baxışları əsasında müxtəlif marketlər haqqında həqiqətə uyğun olmayan məlumatlar yayımlamaqdadır.

“Belə ki, sözü gedən şəxs marketlərdən alış-veriş edərək marketdən çıxır və 6 kriteriyaya görə dəyərləndirmə aparır. Marketlərdə gizli çəkilişlər apararaq, dəyərləndirdiyi keyfiyyət, xidmət, kampaniya, çeşid, təmizlik və rahatlıq kriteriyaları hansı parametrlər əsasında müəyyən edilir? Sadalanan hər 6 kriteriya üzrə mütləq şəkildə araşdırma aparılmalı, ekspert və market rəhbərlərinin rəyləri dinlənilməli və bundan sonra nəticələr müqayisə edilməlidir. Bütün qeyd olunan 6 kriteriyanın dəyərləndirilməsi T.Abdullayevin yalnız şəxsi mülahizələr əsasında aparılır. Sonda isə vətəndaşlara qeyri-obyektiv və yanlış məlumat verilir ki, bu da yolverilməzdir”.

Açıqlamada deyilir ki, bu gün ölkəmizdə ictimai iaşə, ticarət obyektlərində və xidmət sahələrində qonşu dövlətlərdə olduğu kimi ictimai nəzarəti həyata keçirən ixtisaslaşmış, peşəkar bir verilişin olmamasından istifadə edərək, T.Abdullayev özünün qeyri-peşəkarlığı və qərəzli yanaşması ilə vətəndaşları çaşdırmaqla məşğuldur.

“T.Abdullayev qanunsuz olaraq bir çox supermarketlərin (o cümlədən Araz marketlərin) açıq şəkildə anti-reklamı bahasına hər hansı bir supermarketlərin gizli və haqsız reklamını edir. Bu isə qanunlara və vətəndaşlara hörmətsizlikdir.

Oxucuların nəzərinə çatdırırıq ki, bu kimi qeyri-peşəkar insanların hiylələrinə inanmasınlar”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol