Menu

"Neftçi" Avropa Liqasına vəsiqə qazanıb

20.05.2016, 21:19

neftciFlaqman Zirə və İnterin Avropa Liqasına buraxılmamaları səbəbindən qitəmiqyaslı arenada yerini təmin edib

Avropa Liqasına sonuncu vəsiqənin sahibi müəyyənləşib. "Report"un məlumatına görə, bu, "Neftçi" klubudur.

Flaqman Azərbaycan Premyer Liqasının son turunda "Sumqayıt"a 1:2 hesabı ilə uduzsa da, avrokuboklara vəsiqəni təmin edib. Buna paralel keçən oyunda AZAL-ın "Qarabağ"a 0:3 hesablı məğlubiyyəti səbəb olub.

36 turdan sonra 49 xalla 6-cı olan "Neftçi" "Zirə" və "İnter"in Avropa Liqasına buraxılmamaları səbəbindən qitəmiqyaslı arenada yerini təmin edib. Azərbaycan Kubokunun finalında "ağ-qaralar"ın "Qarabağ"la keçirəcəyi oyunun nəticəsi isə bu vəsiqəyə heç bir təsir göstərməyəcək.

Qeyd edək ki, Avropa Liqasına digər vəsiqələrə "Qəbələ" və "Kəpəz" sahib çıxıb. "Qarabağ" isə Çempionlar Liqasında mübarizə aparacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol