Menu

Medvedev Sarkisyanla görüşüb

20.05.2016, 18:45
Medvedev Sarkisyanla görüşüb

Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla Rusiyanın baş naziri Dmitri Medvedev arasında görüş olub.

Medvedev Yerevan Avrasiya hökumətlərarası şuranın iclasında iştirak etmək üçün gedib.

Ermənistan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu günlərdə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşü müzakirə olunub.

Sarkisian deyib ki, tərəflər atəşkəsə tam əməl edilməsi, daima monitorinq keçirilməsi və atəşkəsin pozulması hallarının araşdırılması ilə bağlı razılıq əldə edib və Yerevan buna nail olunması üçün öz tərəflərindən əlindən gələni əsirgəməyəcək.

Medvedev də atəşkəsə əməl edilməsinin vacibliyini bildirib, prezidentlərin Vyana görüşü də daxil olmaqla bu münaqişənin həllinə yönəlmiş səyləri alqışlayıb.

O, bildirib ki, Rusiya həmişə bu münaqişənin həllinə kömək edib və gələcəkdə də edəcək. /Azadlıq radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol