Menu

ABŞ Azərbaycanda məişət tullantılarının 75%-ni təkrar emala yararlı hesab edir

21.05.2016, 14:41
ABŞ Azərbaycanda məişət tullantılarının 75%-ni təkrar emala yararlı hesab edir

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın xanımı Anna Sekuta səfirlikdə təkrar emala göndəriləcək karton, kağız, plastik tullantıların ilk toplanmasında iştirak edib. "APA-Economics" xəbər verir ki, bu barədə səfirliyin "Twitter" hesabında qeyd edilib.

Məlumatda deyilir ki, ABŞ səfirliyi Azərbaycanda təkrar emala dəstək olmaq üçün "Azersun Holding" ilə əməkdaşlıq etməkdən məmnunluq duyur: "ABŞ səfirliyi Azərbaycanda ekoloji problemləri azaltmaq istiqamətində çalışır. Təkrar emal sənayesi iqtisadiyyata faydalıdır - ABŞ-da 47 milyard dollar gəliri olan sənaye Azərbaycanda da yeni iş yerləri yarada bilər. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi Azərbaycanda məişət tullantılarının 75%-ni təkrar emala yararlı hesab edir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol