Menu

"Rusiya çox şeyi almağa hazırdır, amma heç nəyi satmır!" - Putin

21.05.2016, 15:46
"Rusiya çox şeyi almağa hazırdır, amma heç nəyi satmır!" - Putin

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Kuril adaları ilə bağlı situasiyanı şərh edərkən, Rusiya prezidenti Vladimir Putin deyib ki, nRusiya çox şeyi almağa hazırdır, amma heç nəyi satmır.

Onun sözlərinə görə, Kuril adaları problemini müzakirə edərkən, Rusiya heç bir sövdələşməyə getmir. Problem isə ondan ibarətdir ki, Yaponiya Kuril adalarını özününkü hesab edir.

Prezident bu barədə bəyanatı «RF-ASEAN» sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında səsləndirib.

«Bizim Yaponiya ilə əlaqələrimizə və sizin «nəyi isə daha baha satmağa hazırsınızmı?» tezisinizə gəlincə, deyə bilərəm ki, biz heç nə satmırıq. Biz çox şeyi almağa hazırıq, amma heç nə satmırıq» - deyə, Putin məsələyə aydınlıq gətirib.

«Çox şeyi almağa hazırıq» - deyərkən, böyük ehtimalla, Rusiya prezidenti çar Rusiyasının vaxtilə ABŞ-a satmış olduğu Alyaskanı nəzərdə tutub.

«Biz bütün tərəfdaşlarla, o cümlədən, Yaponiya ilə «sülh müqaviləsi bağlamaq da daxil», dialoqa hazırıq və bunu istəyirik» - deyə, Rusiya prezidenti söhbətə yekun vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol