İçində 140 nəfər olan təyyarə saatlarla nəzarətsiz uçub.
İki gün öncə içərisində 66 nəfərlə qəzaya uğrayan Misir təyyarəsindən öncə 140 nəfər ölümdən qayıdıb. Anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ABŞ təyyarəsində baş verən insident barədə hələ bu gün məlumat yayılıb.
Belə ki, Paris-Misir təyyarəsinin qəzaya uğramasından bir neçə saat öncə 140 sərnişini olan ABŞ-a məxsus təyyarənin Yunanıstan ərazisində nəzarət qülləsi ilə əlaqəsi kəsilib. Saatlarla əlaqə itən təyyarənin pilotunun yatdığı bəlli olub. Bunun üstü isə təyyarə Yunanıstanın hava məkanına daxil olandan sonra açılıb.
Küveytə getmək üçün Parisdən havaya qalxan təyyarə "Boeing" tipli olub. Təyyarə Yunanıstan ərazisinə girəndən sonra qüllə ilə əlaqə yaratmayıb. Dərhal 2 ədəd "F-16" qırıcısı havaya qaldırılıb. Qırıcılar Santorini adası üzərində nəzarətsiz uçan təyyarəyə yaxınlaşıblar.
Bundan sonra digər heyət üzvləri və sərnişinlər pilotun yatdığının fərqinə varıblar. Dərhal pilot oyandırılıb və təyyarə qırıcıların müşayiəti ilə Yunanıstan hava məkanından çıxıb.
Yunanıstanın Müdafiə Nazirliyi təyyarənin məxsus olduğu şirkətə sərt xəbərdarlıq edib. İndi yunanlar istifadə etdikləri yanacağın ödənişini tələb etmək niyyətindədirlər.
Paris-Qahirə reysini həyata keçirərkən "А320" təyyarəsi cümə axşamı günü yoxa çıxmışdı. Radarlardan itən təyyarənin qəzaya uğradığı bəlli olub. Ötən gün “EgyptAir” aviaşirkətinə məxsus təyyarənin qalıqları aşkar edilib.Qalıqlar Yunanıstanın Karpatos adasında aşkar edilib.

Şərhlər