Menu

AKP-dən kütləvi istefalar

29.03.2014, 11:40
AKP-dən kütləvi istefalar

İstanbulda 4 minə yaxın AKP üzvü CHP-yə, Ankarada isə 1000 nəfər AKP üzvü MHP-yə keçib

Türkiyənin İstanbul şəhərində hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) təxminən 4 minə yaxın üzvü istefa verərək Cümhuriyyət Xalq Partiyasına (CHP) keçib.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, 30 mart seçkilərindən 2 gün əvvəl İstanbulun Əsənyurt rayonunda AKP üzvü olan bir neçə min insan bu partiyanın siyasətinə etiraz edərək müxalifət sıralarına qoşulub.

AKP-dən Əəsnyurt bələdiyyə başqanlığına keçmiş namizəd Yunus Kalkan istefaların bu rayonda səsvermənin nəticələrinə ciddi təsir göstərəcəyini söyləyib.

Paytaxt Ankaranın Gölbaşı rayonunda isə təxminən 1000 nəfər AKP-dən istefa verərək Milliyyətçi Hərəkat Partiyasına (MHP) qoşulub.

Xatırladaq ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol