Menu

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar saxlanıldı

23.05.2016, 18:20
İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar saxlanıldı

Türkiyənin Qaziantep şəhərində polis əməkdaşları 9-u əcnəbi vətəndaş olmaqla, İŞİD terror qruplaşmasına qoşulmaq istəyən 10 şəxsi saxlayıb. Oxu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şəhid Kamil Polis Komandanlığının, xüsusi xidmət orqanlarının əməkdaşları Qaziantepdə evə hücum ediblər.

Əməliyyat zamanı aralarında İran, Tacikisatn, Azərbaycan və Qırğızıstan vətəndaşları olmaqla, 10 nəfər saxlanılıb.

Onların Suriyaya keçərək, İŞİD-ə qoşulmaq niyyətində olduqları müəyyənləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol