Menu

Salyanda 35 yaşlı rayon sakini keçmiş məhbus tərəfindən bıçaqlanıb

23.05.2016, 22:12

BicaqHadisə rayonun Kərimbəyli kəndində baş verib

Salyanda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, rayonun Kərimbəyli kənd sakini, 35 yaşlı Yusif Usubbala oğlu Zeynalov kiçik ölçülü çoxsaylı bıçaq yaraları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıya həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib. Yaralının 9 il həbsdə yatmış Bəhruz adlı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol