Menu

Ərdoğan keçmiş polis rəisini məhkəməyə verdi

29.03.2014, 13:27
Ərdoğan keçmiş polis rəisini məhkəməyə verdi

Ərdoğanın vəkili Əli Özkaya İstanbulun keçmiş polis rəisi Əli Fuad Yılmazərdən şikayət edib.

Avropa.info- nun Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbulun keçmiş polis rəisi Yımazərin, Ərdoğana iftira atıb və təhqir etdiyi iddia edilib. Vəkil məhkəməyə verdiyi şikayət ərizəsində Yılmazərin televiziya vasitəsiylə açıqlama verdiyini qeyd edib. Ərizədə həmçinin qeyd edilib ki, Yılmazər TV kanalında Ergenekon, Balyoz, Oda TV kimi bir çox məhkəmələrə bir başa Ərdoğanın nəzarət etdiyini bildirərək, "bütün həbsləri biz həyata keçirdik" deyib.

Ərizədə daha bir iddia yer alıb. Belə ki, Yılmazərin xaricdə daşınmaz əmlak aldığı, xaricə qaçmağa hazirlaşdığı bildirilib.

Yılmazər haqqında cinayət işi açılmağı və xaricə çixişina qadağa qoyulması istənilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol