Menu

Səudiyyə Qırğızıstana 30,7 milyon dollar güzəştli kredit verəcək

24.05.2016, 13:30

dollar-45-113Xarici KİV-in məlumatına görə, Səudiyyə Ərəbistanı məktəb tikintisi üçün Qırğızıstana 30,7 milyon dollar güzəştli kredit vermək barədə qərar qəbul edib. Bu barədə məlumatı Qırğızıstan parlamentinin mətbuat xidməti yayıb («TASS»).

Xəbərdə deyilir: «Ölkəmizin elm və təhsiz naziri Elvira Sarıyevanın sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə ikitərəfli razılaşma çərçivəsində, bu ölkənin inkişaf Fondu Qırğızıstan tərəfinə 2,1 milyard som (30,7 milyon dollar) güzəştli kredit ayıracaq».

Nazir təsdiqləyib ki, 2019-cu ilə qədər tərdim olunacaq vəsait hesabına Qırğızıstanın bütün bölgələrində, o cümlədən, Bişkək və Oş şəhərlərində 16 təhsil müəssisəsi tikiləcək. Kredit 25 il müddətinə veriləcək.

Hal-hazırda 6 milyon əhalisi olan Qırğızıstanda ümumtəhsil müəssisələrinin ciddi çatışmazlığı yaşanır. Ölkədə 2,1 min belə müəssisə var və onların bir çoxunda dərslər 3 növbədə keçilir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol