Menu

Dollar 1,49 manatdan da aşağı düşdü

24.05.2016, 13:49
Dollar 1,49 manatdan da aşağı düşdü

Bu gün Mərkəzi Bankın təşkil etdiyi hərracda dolların orta satış qiyməti 1.4893 manat olub.

Bu barədə “Marja”ya bank sektorundan bildirilib. Mərkəzi Bank 25 May üçün USD/AZN rəsmi məzənnəsini 17:00 radələrində açıqlayacaqdır. Adətən Mərkəzi Bankın açıqladığı məzənnə hərracdakı qiymət ətrafında olur.

Əgər sabaha olan USD/AZN məzənnəsi 1.4893 səviyyəsində elan olunarsa, bu Dolların Manat qarşısında ucuzlaşması deməkdir (Bu gün USD/AZN 1.4929). Baxmayaraq ki, bu gün Dövlət Neft Fondunun hərraca çıxardığı vəsaitin hamısı Mərkəzi Bank və kommersiya bankları tərəfindən alınmışdı.

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 14 banka satılmışdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol