Xarici KİV-in məlumatına görə, braziliyalı alim Amilkar Tanuri özünə məxsus noutbukun oğurlandığını bəyan edib. Noutbukda Zika virusu ilə mübarizə istiqamətində alimin son illərdəki tədqiqatlarının nəticələri olub («TASS»).
«O Estado de S. Paulo» qəzeti bazar ertəsi xəbər verib ki, insident Rio-de-Janeyronun mərkəzində yerləşən «Santos-Dümon» aeroportunda baş verib.
«Hər şey bir dəqiqənin içində baş verdi: Mən telefonla danışmaqda olduğum zaman zənbili əlimdən buraxdım. Mən hətta görə bilmədim ki, kim oğurladı» - deyə, alim danışıb.
Hadisəni müşahidə etmiş şahidlər diqqəti iki nəfərə - zənbili qamarlayıb, maşına doğru qaçan kişiyə yönəldirlər.
Tanuri kömək üçün aeroportun inzibati rəhbərliyinə müraciət edib. Amma onun nəzərinə çatdırıblar ki, elektrk enejisi baxımından problem olduğu üçün işıqlandırma sistemi qismən «bağlı olub» və müşahidə kameraları avomobilin nömrə nişanını qeydə ala bilməyiblər.
Alimin sözlərinə görə, oğurlanmış noutbukun diskində Zika virusuna aid iki tədqiqatın nəticələri olub. Onlardan biri xəstəliyə qarşı dərman vasitəsinin hazırlanmasına aiddir. Bu tədqiqatın surətləri yoxdur. Odur ki, alim bütün testləri təkrar yerinə yetirməli olacaq.
Laboratoriya rəhbəri olan Tanuri təkcə tədqiqat aparmaq üçün qaçılmaz olan materialların dəyərini 5 milyon dollar həcmində qiymətləndirir.
AzPolitika.info


Şərhlər