Haibatullah Akhunzada Taliban qruplaşmasının yeni lideri seçilib. Sirajuddin Haqqani və Molla Yaqub isə onun müavinləri təyin olunublar.
Bu barədə Talibanın sözçüsü məlumat verib. O, qruplaşma lideri Mullah Akthar Mansur-un ABŞ dron zərbəsində öldüyünü təsdiqləyib.
Mullah Akhtar Mansur mayın 21-də Əfqanıstanla Pakistan sərhədində öldürülüb. Pakistan Xarici İşlər Nazirliyi ölkənin suverenliyinin pozulduğunu, hücum barədə məlumatlandırılmadığını bildirib.
Daha öncə Prezident Barack Obama deyib ki, Mansur-un ölümü Əfqanıstana sülh gətirilməsi yolunda “vacib addım”dır. /Azadlıq radiosu


Şərhlər