Menu

Bu ay 7 nəfər dərmandan zəhərlənib

26.05.2016, 11:57
Bu ay 7 nəfər dərmandan zəhərlənib

Bu ay dərmanların əlavə təsiri nəticəsində allergik reaksiyadan zərər çəkən 7 nəfər Klinik Tibbi Mərkəzə müraciət edib.

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, dərmandan zəhərlənənlərin hamısı xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, onların hər birinə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. A.Maqsudov bildirib ki, belə hallar əsasən antibiotiklərin və vitaminlərin təsiri nəticəsində qeydə alınır.

Şöbə müdiri əlavə edib ki, mövsümə uyğun olaraq artıq dəm qazından zəhərlənmə hallarının sayı azalıb: “Dəm qazından zəhərlənmə ilə bağlı hər həftə az sayda müraciət daxil olur. Bu ay ərzində isə yalnız 2 müraciət olunub”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol