Menu

Lənkəranda 56 yaşlı yerli sakin bıçaqlanıb

26.05.2016, 23:01

BicaqYaralının vəziyyəti ağırdır

Lənkəran şəhərinin Vələdi kəndində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1960-cı il təvəllüdlü Məmmədov Şəmsəddin Əli oğlu həmkəndlisi tərəfindən bıçaqlanıb.

Hadisəni törədənin "Maçan" ləqəbli yerli sakin olduğu bildirilir. Bıçaq xəsarətləri alan Ş.Məmmədov Cərrahi bloka yerləşdirilib. Qarın ve boyun nahiyələrindən kəsilmiş-deşilmiş yaralar alan zərərçəkən xeyli miqdarda qan itirib. Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol