Menu

Türkiyə aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib

27.05.2016, 10:02
Türkiyə aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib

Türkiyə aeroportlarında sərnişinlərdə olan noutbukların yoxlanılmasına başlanılıb ki, bu da hazırda böyük növbələr yaranmasına səbəb olub. Trend-in məlumatına görə, bunu Türkiyənin "Milliyet" qəzeti yazır.

Qəzet qeyd edir ki, bu yaxınlarda Türkiyənin cənubunda Qaziantəp əyalətində İŞİD terrorçularına qarşı əməliyyat zamanı partlayıcı qurğu quraşdırılmış noutbuk aşkar edildikdən sonra bu yoxlamalara başlanılıb.

Qəzetin verdiyi məlumata görə, noutbukların bu cür yoxlanılması yaxın 10 gün ərzində də davam etdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol