Menu

Azərbaycanlı Rusiyadan qovuldu

27.05.2016, 21:45
Azərbaycanlı Rusiyadan qovuldu

Azərbaycanlı və çinli miqrantlar Rusiyanın Samara şəhərindən çıxarılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Samara vilayəti üzrə Federal miqrasiya xidmətinin mətbuat şöbəsindən bildirilib.

Rusiyanın Samara vilayəti miqrantların ən çox məskunlaşdığı yer hesab edilir. Bu gün məhkəmə icraçılarının qərarı ilə 3 azərbaycanlı öz doğma vətəninə geri qaytarılıb.

Rusiya Federasiyası ərazisində qalmaq rejimini pozanlar dövlət sərhədi buraxılış məntəqəsinə qədər aparılıb. Onlar vətənlərinə Moskvanın "Domodedovo" Hava Limanından yola salınıb.

Eynilə "Şeremetevo" Hava Limanından isə 2 çinli öz vətəninə göndərilib. Bundan sonra həmin beş miqrantın 5 il müddətinə Rusiya ərazisinə daxil olması qadağan edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol