Menu

Bakıda silahlı insident törədən qrupun daha bir üzvü tutuldu

28.05.2016, 13:30
Bakıda silahlı insident törədən qrupun daha bir üzvü tutuldu

Ötən ay Bakı bir nəfəri silahla yaralayan qrupun daha bir üzvü tutulub.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Hüseyn Qasımov istiqamətində avtomat silahdan atəş açıb, ona xəsarət yetirən qrupun digər üzvü - Bakı şəhər sakini Əlikubar Kularov tutulub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə Ramil Hüseynli və Əlikubar Kularovun daha bir paytaxt sakininə qarşı xuliqanlıq etmələri də müəyyən olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol