Xarici KİV-n yaydığı məlumata görə, Rusiyaya sərmayə yatırmaq xarici investorları cəlb etmir («Exo Moskvı»).
Ötən həftə onlar Rusiya fondlarından 196 milyon dollar vəsaiti geri götürüblər. «Kommersant» qəzetinin yazdığına görə, bu, 2016-cı il üçün maksimum göstərici sayılır.
Ekspertlər qeyd edirlər ki, üç həftə ərzində investisiyaların azalması fonunda Rusiya fondları 350 milyon dollar itirib.
Hətta vəziyyət o həddə çatıb ki, dünya bazarında neftin qiymətinin son artımları da investorların «qaçışı»nı dayandıra bilməyib.
AzPolitika.info


Şərhlər