Menu

İntihara cəhdin qarşısı alınıb

28.05.2016, 14:25
İntihara cəhdin qarşısı alınıb

Abşeronda intihara cəhd hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Xırdalan şəhərində bir nəfərin intihar etmək məqsədi ilə tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxması barədə məlumat daxil olub.

Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol