Menu

Bakı sakininin 205 min dollarını mənimsədilər

28.05.2016, 15:32
Bakı sakininin 205 min dollarını mənimsədilər

Bakı şəhər sakini polisə müraciət edərək tanışı olan şəxsin ondan 205 min dollar aldığını və geri qaytarmadığını bildirib.Musavat.com-un məlumatına görə, 1974-cü il təvəllüdlü Azər İbadzadə Bakı şəhər Baş Polis idarəsinə müraciət edib.

O, bildirib ki, 2010-cu ildə 1974-cü il təvəllüdlü İlqar Qəniyev onun etibarından sui-istifadə edərək, 205 000 ABŞ dolları alıb və geri qaytarmayıb.

Məlumata görə, A.İbadzadə pulu tanışına iş qurmaq məqsədi ilə verib.

Şikayətlə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol