Ankarada AKP və CHP namizədləri arasında gedən gərgin səsvermə nəticələri CHP-liləri vaxtından əvvəl sevindirib.
ANS PRESS-in xəbərinə görə, Ankarada bələdiyyə seçkiləri namizədliyində Mənsur Yavaş və Melih Gökçek "qarşıdurma"sında səs faizlərinin 95%-nin açıqlanması ilə CHP namizədi qələbəsini elan etmişdi.
"Gökçek dövrü bitib" - deyə Mənsur Yavaş çıxışında Melih Gökçek haqqında kəskin fikirlər səsləndirib.
Lakin Səslərin 100% açıqlanmasından sonra Melih Gökçekin 44,5%, Mənsur Yavaşın 44,1% səs topladığı məlum oldu. Nəticənin tam açıqlamasını gözləyən AKP namizədi çıxış edib. Ankaralılara təşəkkürünü bildirən Melihin danışığı zamanı bir qrup CHP tərəfdarı "yuhlayaraq" onun çıxışına mane olmağa çalışıb. O isə qısa bir müddət danışığını saxladıqdan sonra nitqinə davam edib.
İlk dəfə 1994-cü ildə Refah partiyasından Ankara bələdiyyəsinin sədri seçilən Melih Gökçek 20 ildir bu vəzifəni icra edir.


Şərhlər