Menu

NATO PA bəyannamə qəbul etdi - Rusiya təhlükəsinə qarşı

30.05.2016, 18:12
NATO PA bəyannamə qəbul etdi - Rusiya təhlükəsinə qarşı

NATO-nun Parlament Assambleyası (PA) alyansa daxil olan və Rusiya ilə qonşu regionlarda yerləşən ölkələrin təhlükəsziliyini təmin etməyə çağıran bəyannamə qəbul edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Sənəd Assambleyanın Albaniyanın paytaxtında keçirilən üçgünlük iclasının nəticələrinə görə yekdilliklə qəbul edilib. İclasda alyansın 28 ölkəsindən və NATO-nun tərəfdaş dövlətlərindən 250 parlamentari iştirak edib.

Bəyannamədə NATO PA hərbi blok ölkələrini təhlükədə olduğunu hiss edən üzv ölkələrə zəmanət verməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol