Menu

Azərbaycan gömrük məntəqələrində post-audit sistemi tətbiq edəcək

31.05.2016, 12:54

gomrukAzərbaycanın gömrük sərhəd məntəqələrindəki "mavi" və "sarı" dəhlizlərdə yüklərin yoxlanılması zamanı post-audit sistemi tətbiq ediləcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, "yaşıl" dəhlizdə də post-audit xidməti tətbiq edilə bilər:

"Qaydalara görə, "yaşıl" dəhlizdə 10%-ə qədər, "mavi" və "sarı" dəhlizlərdə isə 50%-ə qədər post-audit tətbiq edilə bilər. "Qırmızı" dəhlizdə isə bütün gömrük qaydaları tətbiq olunacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol