Menu

Ermənistanda qazın qiyməti aşağı salındı

31.05.2016, 13:17

gas_closed_200415İyulun 1-dən Ermənistanda təbii qaz tarifləri endiriləcək.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, müvafiq qərar İctimai xidmətlər Komissiyasının iclasında qəbul olunub.

Bundan sonra əhali üçün 1 kubmetr qazın qiyməti 146 dram (0,3 dollar-red.) olacaq.

Qərarın verilməsinə Rusiyanın aprelin 7-də Ermənistan üçün satılan qazın qiymətini 150 dollar müəyyənləşdirməsi səbəb olub. Bundan öncə Ermənistan Rusiyadan qazın 1000 kubmetrini 165 dollara alırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol