Menu

AZAL-ın borcu 650 milyon manatı ötür

31.05.2016, 16:44

azal-cahangir"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) dövlət zəmanəti altında cəlb edilən borclarının həcmi 650 milyon manatı ötür.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında AZAL-ın aviaparkının yenilənməsi zərurəti barədə bəzi deputatların bəyanatlarına cavab verərkən deyib.

Onun sözlərinə görə, bu vəsaitlər yeni təyyarələrin alınması üçün nəzərdə tutulub.

S.Şərifov qeyd edib ki, AZAL-ın dəstəklənməsi hökumətin həmişə diqqət mərkəzindədir: "QSC hökumətdən mütəmadi olaraq müxtəlif yardımlar alır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol